Ötən il bankların verdiyi ipoteka kreditlərinin həcmi açıqlanıb

Ötən il bankların verdiyi ipoteka kreditlərinin həcmi açıqlanıb
# 02 fevral 2018 14:11 (UTC +04:00)

Ötən ilin dekabrında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 30,4 mln. manat təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, dekabr ayında dövlət büdcəsindən AİF-ə 5,3 mln. manatlıq vəsait ayrılıb.

Ötən ilin dekabr ayında AİF 19,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

2017-ci ilin sonuncu ayında fondun 15 mln. manat həcmində istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il yanvarın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 43,3 manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,63%, aylıq ödəniş isə 321,7 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 891 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,83%, aylıq ödəniş isə 318,6 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR