Qumarbazı öldürən şəxsin məhkəməsi başlayıb

Qumarbazı öldürən şəxsin məhkəməsi başlayıb
# 02 noyabr 2016 07:18 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 8-ə təyin edilib.

Qeyd edək ki, Ş. Abbasquliyev Maştağa qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayevi öldürməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Qətlə yetirilən şəxsin qumarbaz olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR