Sabah Abşeronun qaz təchizatında məhdudiyyət olacaq

Sabah Abşeronun qaz təchizatında məhdudiyyət olacaq
# 29 may 2018 18:12 (UTC +04:00)

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200 mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar, 30 may 2018-ci il tarixdə saat 09.00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR