Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub
# 09 aprel 2018 13:31 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, liderlər ikitərəfli əlaqələrlə yanaşı, Suriyadakı son vəziyyəti müzakirə edib.

Türkiyə prezidenti Duma və Şərqi Qutada baş verənlərdən narahatlığını ifadə edib.

Telefon söhbətində dinc sakinlərin öldürülməsinin qarşısının alınması və humanitar yardımların çatdırılması sahəsində birgə əməkdaşlığın vacibliyi də vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR