Putin və Netanyahu İsrailin Suriyaya raket zərbələrini müzakirə ediblər

Putin və Netanyahu İsrailin Suriyaya raket zərbələrini müzakirə ediblər
# 11 fevral 2018 00:38 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu telefon danışığı zamanı Suriya-İsrail sərhədindəki vəziyyəti müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat-xidmətinin məlumatında bildirilir.

“Telefon danışığı zamanı Suriya ərazisindəki hədəflərə raket zərbələri endirmiş İsrail Hərbi-Hava Qüvvələrinin hərəkətləri ilə bağlı yaranmış vəziyyət müzakirə edilib”, - deyə məlumatda bildirilir.

“Rusiya bölgədəki gərginliyin artmasına səbəb ola biləcək istənilən addımlardan çəkinməyə çağırıb”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR