BMT TŞ Ukraynanın şərqindəki vəziyyətlə bağlı bəyanat qəbul edib

BMT TŞ Ukraynanın şərqindəki vəziyyətlə bağlı bəyanat qəbul edib
# 01 fevral 2017 00:51 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahat olduğunu bəyan edib və atəşkəs rejimini dərhal bərpa etməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə BMT TŞ-nin bəyanatında bildirilir.

“TŞ üzvləri Ukraynanın şərqində vəziyyətin təhlükəli həddədək pisləşməsindən və bunun mülki şəxslərə təsirsiz ötüşmədiyindən ciddi narahatçılığı ifadə edib. BMT TŞ üzvləri atəşkəs rejimini dərhal bərpa etməyə çağırıblar”, - deyə mətndə bildirilir.

Qeyd olunan bəyanat layihəsi ötən gün Ukrayna tərəfindən BMT TŞ-ə təqdim edilib. TŞ qapalı məsləhətləşmələr zamanı Ukraynanın şərqində, xüsusən, Avdeyevkadakı vəziyyəti müzakirə edib.

Razılaşdırılmış sənəddə Donetsk bölgəsindəki təmas xətti boyunca Minsk sazişi ilə qadağan olunmuş topların istifadəsi qəti pislənir. Bunun mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olduğu vurğulanır.

TŞ üzvləri həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiklərini ifadə ediblər, 2202 saylı qətnaməyə və Minsk razılaşmalarına əməl edilməsinin vacibliyini vurğulayıblar.

Bundan əvvəl Ukrayna ordusunun nəzarətində olan Avdeyevka şəhərində atışmanın intensivləşdirilməsi səbəbindən yaşayış məntəqəsi su, istilik və işıqsız qalıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR