“Beynəlxalq Bank"ın mənimsəmədə təqsirləndirilən əməkdaşının məhkəməsi başlayıb

“Beynəlxalq Bank"ın mənimsəmədə təqsirləndirilən əməkdaşının məhkəməsi başlayıb
# 25 oktyabr 2017 11:37 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC -nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədovun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, Ə. Məmmədov mənimsəmədə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR