Prokuror BDU-nun professorunun evindən oğurluq edən qadına cəza istəyib

Prokuror BDU-nun professorunun evindən oğurluq edən qadına cəza istəyib
# 26 oktyabr 2017 11:07 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi prosesdə prokuror çıxış edib. O, M. Quliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. İttihama görə, zərərçəkmiş Aida İbrahimovanın evində xadimə işləyən M. Quliyev mənzildən 30 min manatdan çox qızıl zinət əşyaları və pul oğurlayıb.

M. Quliyevaya qarşı Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Aida İbrahimova Bakı Dövlət Universitetinin (BDU) professorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR