"CDB Bank" ötən ili 8,6 mln. manatlıq mənfəətlə başa vurub

"CDB Bank" ötən ili 8,6 mln. manatlıq mənfəətlə başa vurub
# 06 fevral 2017 06:44 (UTC +04:00)

"Caspian Development Bank" ("CDB Bank") 2016-cı ilin IV rübündə aktivlərinin həcmini 129,295 mln. manata çatdırıb ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 0,18% çoxdur.


"APA-Economics" xəbər verir ki, 2017-ci il yanvarın 1-nə bankın kredit portfeli 23,3% artaraq 101,058 mln. manat, depozit portfeli isə 6,01% azalaraq 39,245 mln. manat olub. Hesabat dövrünün sonuna bankın öhdəliklərinin həcmi 63,766 mln. manat olub.

Hesabat dövründə bankın gəlirləri 46,7% artaraq 22,263 mln. manat, xərcləri isə 2 dəfədən çox artaraq 7,157 mln. manat olub.

Qeyd edək ki, "CDB Bank" 2016-cı ili 8 mln. 597,47 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR