Mayk Pens NATO ölkələrini müdafiə büdcələrini artırmağa çağırıb

Mayk Pens NATO ölkələrini müdafiə büdcələrini artırmağa çağırıb
# 21 fevral 2017 04:52 (UTC +04:00)

2017-ci ilin sonunadək NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdırlar.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib.

O, Şimali Atlantika Alyansına üzv olan ölkələri üzərilərinə götürdükləri öhdəliklərinə sadiq qalmağa çağırıb.

“2017-cı ildə prezident Tramp bu məsələ ilə bağlı böyük irəliləyiş gözləyir”, deyə M.Pens bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR