Şəkidə ərzaq mağazası yanıb

Şəkidə ərzaq mağazası yanıb
# 12 sentyabr 2017 06:04 (UTC +04:00)

Şəkidə ərzaq mağazası yanıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 11- dən 12-ə keçən gecə Şəki şəhəri sakini Teymur Sadıqova məxsus, şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən, ümumi sahəsi 32 kv/m olan ərzaq malları mağazasında yanğın baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları içərisindəki ərzaq malları ilə birlikdə yanıb. Mağazaya bitişik tikilən ümumi sahəsi 18 kv/m olan anbar və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR