Rusiyada baş verən ağır yol qəzasında 5 nəfər ölüb

Rusiyada baş verən ağır yol qəzasında 5 nəfər ölüb
# 28 yanvar 2017 00:30 (UTC +04:00)

Rusiyanın Perm diyarında iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Nıtva-Kudımkar yolunun 54-cü kilometrliyində qeydə alınıb.

“KİA” markalı avtomobil qarşı zolağa çıxaraq və “VAZ 21104”-lə toqquşub. Hadisə nəticəsində “KİA”-nın sürücüsü və iki sərnişini, eləcə də “VAZ” avtomobilində olan iki sərnişin hadisə yerində ölüb.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR