“Nordavia” Sankt-Peterburqdan Lənkərana uçacaq

“Nordavia” Sankt-Peterburqdan Lənkərana uçacaq
# 10 aprel 2017 14:03 (UTC +04:00)

“Nordavia” aviaşirkəti Sankt-Peterburqun “Pulkovo” hava limanından Lənkəran hava limanına müntəzəm olaraq birbaşa uçuşlar həyata keçirəcək.

APA-Economics” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə hava limanı administrasiyasının yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, bu ilin yay mövsümündən başlayacaq uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək.

Bundan başqa, aviaşirkət Tiflis və Batuma da reyslər açmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR