Ermənistan İrandan quşçuluq məhsullarının idxalına qadağa qoyub

Ermənistan İrandan quşçuluq məhsullarının idxalına qadağa qoyub
# 23 yanvar 2017 17:15 (UTC +04:00)

Ermənistan İrandan quşçuluq məhsullarının idxalına qadağa qoyub.

APA-nın xəbərinə görə, bu barədə “Kavkaz-uzel” Ermənistanın kənd təsərrüfatı nazirliyinə istinadən məlumat yayıb.

Quş qripi təhlükəsinə görə qoyulan qadağa yumurta, quş, xammal və quş yeminə şamil edilir. Məlumata əsasən, müvəqqəti qadağa Mərkəzi Gülüstan, Gilan, Kirmanşah, Qəzvin vilayətləri və Tehrandan gətirilən məhsullara aiddir. Qadağa 20 yanvaradək İrandan Ermənistana gətirilən məhsullara aid deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR