FHN: Yevlaxda xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

FHN: Yevlaxda xəstəxanada baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB-2
# 27 iyul 2017 13:59 (UTC +04:00)

Yevlax Mərkəzi Rayon Xəstəxanasında baş verən yanğın söndürülüb

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyə olunub. Ölən və xəsarət alan yoxdur.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

***

15:51

Yevlax Mərkəzi Rayon Xəstəxanasındakı yanğın lokallaşdırılıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, yanğın xəstəxananın əsas korpusunun 4-cü mərtəbəsində meydana gəlib. Xəstələrin təxliyə olunmasına səbəb isə binanı tüstü bürüməsi olub.

Hazırda alov lokallaşdırılıb, hadisə yerində araşdırma aparılır.

***

15:43

Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın müşahidə olunur. FHN-nin DYMX-nin yanğınsöndürmə qüvvələri və Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya bildirilib ki, yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

***

15:15

Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın başlayıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, yanğınla bağlı xəstəxanadakı xəstələr təxliyə olunub. Onlar Ağdaş rayon, Mingəçevir və Gəncə şəhər xəstəxanalarına köçürülüblər.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR