İngiltərə hökumətinin “Brexit”lə bağlı gizli hesabatı mətbuata sızıb

İngiltərə hökumətinin “Brexit”lə bağlı gizli hesabatı mətbuata sızıb
# 30 yanvar 2018 14:00 (UTC +04:00)

İngiltərədə hökumətin “Brexit”lə bağlı gizli hesabatı mediaya sızdırılıb.

APA-nın xəbərinə görə, bu barədə “BuzzFeed News” məlumat yayıb. Hesabata əsasən Böyük Britaniyanın vəziyyəti Avropa İttifaqından kənarda indikindən pis olacaq.

“Aİ Çıxış Analizi – Cross Whitehall Brifinq”i adlanan və Aİ-dən Çıxış Departmenti üçün hazırlanan hesabatda ən çox ehtimal olunan üç “Brexit” ssenarisinin nəzərdən keçirildiyi bildirilir.


Heç bir razılaşmanın əldə edilməyəcəyi ssenaridə analitiklər yaxın 15 ildə artımın mövcud proqnozlardan 8% aşağı ola biləcəyini bildiriblər. Böyük Britaniya Aİ ilə hərtərəfli sərbəst ticarət barədə razılığa gələ bilsə, eyni dövrdə artım 5% aşağı olacaq. Hesabata əsasən bu ssenarilərdən ən yaxşısı qəbul edilən “Britaniyanın Avropa vahid bazarında qalması” halında belə, iqtisadi artımın uzunmüddətli perspektivdə 2% azalacağı gözlənilir.

Hesabat haqqında "Euronews"un sorğusuna cavab verən hökumət sözçüsü Aİ-dən çıxış müzakirələri və hazırlıqlarını dəstəkləmək üçün davamlı təhlil aparıldığını deyib. O bildirib ki, hökumət davam edən bu daxili çalışmaların hər hansı bir aspekti ilə əlaqəli şərh verməyə hazır deyil.

"BuzzFeed"in məlumatına görə, sızdırılan sənəd iqtisadiyyatın demək olar ki, hər bir sektorunun bütün ssenarilərdə mənfi təsirə məruz qalacağını və Londonun maliyyə mərkəzi kimi statusuna ciddi şəkildə zərər dəyəcəyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR