Ukrayna, Türkiyə və İran da yanğınla mübarizədə Gürcüstana kömək edir

Ukrayna, Türkiyə və İran da yanğınla mübarizədə Gürcüstana kömək edir
# 30 avqust 2017 12:55 (UTC +04:00)

Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda, Abastumani kurortu yaxınlığında baş vermiş yanğının söndürülməsində Azərbaycanla yanaşı, Ukrayna, Türkiyə və İran da köməklik edəcək.

APA-nın yerli bürosunun yanğınla bağlı yaradılmış qərargahın məlumatına istinadən verdiyi xəbərə görə, Ukraynanın An-32P təyyarəsi artıq Gürcüstandadır. “Bir neçə saatdan sonra Türkiyədən iki helikopter və təyyarə, İran İslam Respublikasından iki helikopter Gürcüstana çatacaq. Hazırda yanğının söndürülməsinə 1000 nəfərlik canlı qüvvə cəlb olunub”, - deyə məlumatda bildirilir.


Qeyd edək ki, Abastumani kurortu yaxınlığında avqustun 29-da başlamış yanğının artıq 5 hektardan çox sahəni əhatə etdiyi bildirilir. Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürmə helikopteri 10 nəfərlik heyətlə bu gün Gürcüstana yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR