Bakıda mənzildən xeyli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakıda mənzildən xeyli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub
# 17 avqust 2017 11:21 (UTC +04:00)

Bakıda mənzildən 12 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR