Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb
# 21 avqust 2017 15:45 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR