Xəzərdə seysmik aktivlik artıb

Xəzərdə seysmik aktivlik artıb
# 27 dekabr 2016 11:35 (UTC +04:00)

Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi - Texniki Şuranın və AMEA-nın Yer Elmləri Bölməsinin birgə iclası keçirilib.

APA-nın xəbərinə görə, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2016-cı ildə mərkəzdə aparılmış elmi və elmi-istehsalat işlərinə dair illik hesabat təqdim edib.

Q. Yetirmişli hesabat ili ərzində RSXM-də geofiziki, geokimyəvi, geodonamik tədqiqatlar aparıldığını diqqətə çatdırıb. O, 2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artmasının müşahidə olunduğunu bildirib.

Toplantıda il ərzində RSXM-də aparılmış elmi tədqiqatların nəticəsinə dair əldə olunmuş mühüm elmi nəticələr təqdim edilib.

Sonda hesabat qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR