AZAL onlayn bilet satışını müvəqqəti dayandırıb

AZAL onlayn bilet satışını müvəqqəti dayandırıb
# 14 iyul 2018 11:17 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn bilet satışını dayandırıb.

APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, hava yolları şirkəti bununla bağlı vətəndaşlara müraciət edib.

Məlumatda deyilir ki, aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışı dayandırılıb: “Aviaşirkətdən birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq qeyri-mümkündür”.

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR