Bank Of Baku

İranla sərhəddə tapılan bağlamada 12 kq narkotik aşkarlanıb - FOTO

İranla sərhəddə tapılan bağlama

© APA | İranla sərhəddə tapılan bağlama

# 09 fevral 2022 14:32 (UTC +04:00)

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, fevral ayının 7-də DSX Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yar­dımlı rayonu­nun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahə­sin­də sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər mad­də­lər aşkar­lanaraq götürülüb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR