Gürcüstanın ədliyyə naziri seçicilərin “Quran”a and içməyə təhrik edilməsini pisləyib

Gürcüstanın ədliyyə naziri seçicilərin “Quran”a and içməyə təhrik edilməsini pisləyib
# 02 oktyabr 2017 16:35 (UTC +04:00)

Gürcüstanda Azad və ədalətli seçkilər üzrə qurumlararası komissiyanın sədri, ədliyyə naziri Tea Tsulukiani seçkiöncəsi dövrdə dindən istifadə olunmasını qınayıb.

APA-nın yerli bürosunun məlumatına görə, nazir dindən istifadə edərək seçicilərin ələ alınmasını qəbuledilməz adlandırıb.

“Bəzi insanlar seçki zamanı vətəndaşların bu və digər siyasi partiyaya səs verməsi üçün onları Qurana and içməyə məcbur edirlər. Belə hallar qınanılmalıdır”, - deyə T.Tsulukiani vurğulayıb.

Qeyd edək ki, ötən həftə Gürcüstanın müxalif “Quruculuq Hərəkatı” Partiyası Dmanisi rayonunda seçicilərə təzyiq və hədə-qorxu halları ilə bağlı Azad və ədalətli seçkilər üzrə qurumlararası komissiyaya müraciət edib. Partiya iddia edir ki, rayonun Yırğançay kəndində hakim “Gürcü Arzusu” partiyasının yerli qərargahının hüquqşünası Emzar Petriaşvili kənd sakinlərini “Quran”a and içdirərək oktyabrın 21-də partiyanın namizədinə səs vermələrinə dair vəd alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR