Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb
# 06 yanvar 2020 05:32 (UTC +04:00)

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə ümumi sahəsi 100 kv/m olan evdə qeydə alınıb.

Yanğın nəticəsində birmərtəbəli 4 otaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR