Britaniyanın Müdafiə naziri müdafiə sahəsində Londonun ABŞ-a arxalana bilməyəcəyindən qorxur

Britaniyanın Müdafiə naziri müdafiə sahəsində Londonun ABŞ-a arxalana bilməyəcəyindən qorxur
# 12 yanvar 2020 08:31 (UTC +04:00)

Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles gələcəkdə Birləşmiş Krallığın ABŞ-ın hərbi dəstəyinə arxalana bilməyəcəyini istisna etmir və buna görə də britaniyalıların yalnız öz güclərinə arxalanmalı olduğunu düşünür.

APA xəbər verir ki, bu fikri Uolles “The Sunday Times” qəzetinə verdiyi müsahibəsində Prezident Donald Trampın dövründə ABŞ-ın artan təcridetmə siyasətini müzakirə edərkən səsləndirib.

“ABŞ-ın dünyada lider mövqeyini tərk edə biləcəyindən narahatam. Bu, dünya üçün pis və bizim üçün də pis olacaq. Ən pisinə hazırlaşırıq və ən yaxşılarına ümid edirik. Son bir il ərzində Birləşmiş Ştatlar Suriyadan qoşunları çıxardı. Donald Tramp İraqla bağlı verdiyi açıqlamada NATO qüvvələrinin ABŞ-ı əvəz etməli və Yaxın Şərqdə daha çox iş görməli olduğunu söylədi. ABŞ əslində zəbt edəcəyimiz yeri əks etdirmir”, - nazir belə deyib.

“Biz ABŞ-ın hava dəstəyindən, ABŞ kəşfiyyatından və izlənməsindən çox asılıyıq. Qüvvələrimizi və imkanlarımızı şaxələndirməliyik”, - deyə Uolles əminliklə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR