Bakı və Gəncədə piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı və Gəncədə piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
# 01 avqust 2015 11:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda və Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də saat 07 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Zahid Fərzəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xatirə Məcnunovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Digər hadisə isə Gəncənin Nizami rayonunun Gülüstan qəsəbəsində qeydə alınıb. Şəhər sakini Elnur Əsədov idarə etdiyi “QAZ-270500” markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini Nazim Hümmətovu vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR