Türkiyədə KİV-ə Rusiya səfirinin qətli ilə bağlı istintaqı işıqlandırmaq qadağan edilib

Türkiyədə KİV-ə Rusiya səfirinin qətli ilə bağlı istintaqı işıqlandırmaq qadağan edilib
# 26 dekabr 2016 22:37 (UTC +04:00)

Ankara məhkəməsi Türkiyə kütləvi informasiya vasitələrinə Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı istintaqı işıqlandırmağı qadağan edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə istintaq başa çatmayanadək A.Karlovun qətli ilə bağlı məlumat yerləşdirilməsini yasaqlayıb.

Qadağa cinayətdə şübhəli bilinən və əli olanlar, həmçinin hücum anını əks etdirən şəkillərə də şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR