Məhkəmədə Ağdamın icra başçısının məktubu elan edilib

Məhkəmədə Ağdamın icra başçısının məktubu elan edilib
# 29 noyabr 2017 11:49 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun (İbrahimov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Ağdam Rayon icra başçısı Raqub Məmmədovun məhkəməyə göndərdiyi məktub élan edilib. İcra başçısı məktubdada səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyi və şahid qismində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib.

Təqsirləndirilən T. İbrahimov isə yenidən vəsatət verərək, icra başçısının məhkkəməyə dəvət olunmasını istəyib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses dekabrın 12-dək təxirə salınıb.


Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR