Beyləqanda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Beyləqanda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
# 08 dekabr 2017 07:27 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Talıbxanlı kəndi ərazisində 36 yaşlı Əliyev Amil Murad oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Hüseynağa adlı sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ -2107”-nin sürücüsü hadisə yerində ölüb. “Mercedes”in sürücüsü A. Əliyev və onun qardaşı, 1976-cı il təvəllüdlü Aqil Əliyev, digər sərnişin 22 yaşlı Əliyev İlkin Əli oğlu müxtəlif bədən xəsarəti ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Amil Əliyevin vəziyyətinin daha ağır olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR