Hava limanının sabiq əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

Hava limanının sabiq əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
# 07 fevral 2018 09:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Emil Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Cəfərzadə barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, onun himayəsində azyaşlı olmasını nəzərə alıb.

Qeyd edək ki, E. Cəfərzadə münaqişə zəminində iş yoldaşı Şahin Cəfərovu bıçaqlayıb. E. Cəfərzadə Heydər Əliyev Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinin əməkdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR