Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1972-ci il təvəllüdlü Qarayev Bəkir Bəhtalı oğlu bədəninin müxtəlif yerlərindən çoxsaylı bıçaq zərbələri alıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yaralı əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.