ABŞ jurnalisti: “Ermənistan Avropaya və bütün dünyaya təhdiddir”

ABŞ jurnalisti: “Ermənistan Avropaya və bütün dünyaya təhdiddir”
# 28 noyabr 2017 09:06 (UTC +04:00)

“Ermənistan qonşusu olan Azərbaycana qarşı terror törədib. Bunun nəticəsində Azərbaycan xalqı itki və acılar yaşayıb”.

APA-nın məlumatına görə, bu sözləri amerikalı jurnalist, siyasi təhlilçi Piter Teys Bakıda "Azərbaycan multikhlturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Avropa İttifaqı, ABŞ kimi aparıcı qlobal güclər ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi terrora səssiz qalır: "Mən dünyanı Robert Köçəryan və Serj Sarkisyanın faşist rejiminə reaksiya verməyə çağırıram. Ermənilər Dağlıq Qarabağ vasitəsi ilə dünyaya narkotik vasitələr ixrac edir. Bundan Qərb də əziyyət çəkir. Ermənilər Azərbaycanın etno-mədəniyyətinə, ətraf mühitinə ciddi zərər vurub. Ermənistan Avropaya və bütün dünyaya təhdiddir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR