İmişlidə yol qəzasında ana və qızı xəsarət alıb

İmişlidə yol qəzasında ana və qızı xəsarət alıb
# 25 iyul 2018 21:37 (UTC +04:00)

İmişlidə yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

İlham Cavadovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarında dayanan digər “Mercedes”ə çırpılıb.

Nəticədə avtomobildə olan 1958-ci il təvəllüdlü Cavadova Nazimə Miradəm qızı və onun qızı, 2005-ci il təvəllüdlü Cavadova Arəstə İlham qızı müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR