“Təhsil” Respublika İdman Mərkəzinin filial direktoruna hökm oxunub

“Təhsil” Respublika İdman Mərkəzinin filial direktoruna hökm oxunub
# 14 sentyabr 2017 12:59 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bilal Məmmədov, Anar Nağdıyev və Xalidə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Məmmədov 8 il 6 ay, A. Nağdıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs edilib.

X. Mirzəyevaya isə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən 2012-2014-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədi ilə faktiki olaraq idman tədbirlərinin keçirilmədiyi və müxtəlif fənlərin tədris edilmədiyi halda, həmin tədbirlərin keçirilməsi və fənlərin tədris edilməsi, habelə qeyd olunan tədbirlərlə əlaqədar ezamiyyələrin verilməsi adı ilə məlumatların saxtalaşdırılaraq ümumilikdə 170 min manat məbləğində vəsaitin məşqçi müəllimlərin adlarına rəsmiləşdirilməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR