ABŞ Yəmən ərazisini atəşə tutub

ABŞ Yəmən ərazisini atəşə tutub
# 13 oktyabr 2016 05:21 (UTC +04:00)

Bakı-APA. ABŞ ordusu Yəmən ərazisini atəşə tutub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zərbələr Yəməndə yerləşən radiolokasiya qurğularına endirilib.

Ötən gün ABŞ-a məxsus esmines və onu müşahidə edən desant gəmisi üsyançı husilərin nəzarəti altında olan ərazilərdən raket atəşinə tutulub.

Pentaqon bununla bağlı cavab tədbirlər görüləcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR