Bakıda vətəndaşları Ədliyyə Nazirliyinə işə düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib

Bakıda vətəndaşları Ədliyyə Nazirliyinə işə düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib
# 26 avqust 2017 09:10 (UTC +04:00)

Bakıda işə düzəltmə adı ilə dələduzluqda təqsirləndirilən Həsən Rzayev barəsində verilən hökmdən apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmənin ilkin baxış iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, H.Rzayev Bakı şəhər sakini Məmməd İbrahimovnın qızını Ədliyyə Nazirliyinə işə düzəldəcəyini vəd verərək, ondan ümumilikdə 50 min manat alıb. Ancaq verdiyi vədə əməl etməyən H.Rzayev dələduzluq etdiyi şəxsin şikayətləri əsasında həbs edilib.

H.Rzayev daha bir nəfəri - Bakı şəhər sakini Elmira Nəsirovaya qarşı 14 min 500 manatlıq dələduzluq edib. Belə ki, Həsən Rzayev zərərçəkmiş Elmira Nəsirovadan əvvəlcə 4500 manat, daha sonra isə 10 min manat alıb. Bunun qarşılığında isə E.Nəsirovanın oğlunu Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyini vəd edib. Lakin vədinə əməl etməyib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR