Qobustanda avtomobil aşıb, yaralılar var

Qobustanda avtomobil aşıb, yaralılar var
# 08 mart 2018 16:39 (UTC +04:00)

Qobustan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qobustan-Xılmilli avtomobil yolunda qeydə alınıb.

"NİVA" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə Zəngilan rayon sakinləri - 1960-cı il təvəllüdlü Babayev Zaur İsa oğlu və 1991-ci il təvəllüdlü Səfiyev Məmmədyar Damət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR