Bank Of Baku

Səngəçal terminalından neftin ixracı 9% azalıb

Səngəçal terminalından neftin ixracı 9% azalıb
# 06 avqust 2021 15:14 (UTC +04:00)

Bu ilin I yarısında Səngəçal terminalı Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri vasitəsi ilə 115  mln. barel neft və kondensat ixrac edib ki, bu da illik müqayisədə 9,4% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I yarısının yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, o cümlədən ötən dövr terminal 99 barel (-10,8%) BTC və 16 mln. barel (ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) marşrutu vasitəsilə ixrac edib.

Məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 mln. kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

"İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 55 mln. standart kubmetrdən çox "Şahdəniz" qazı ixrac edilib", - hesabatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR