Gədəbəydə ev, Mingəçevirdə sex yanıb

Gədəbəydə ev, Mingəçevirdə sex yanıb
# 26 oktyabr 2017 07:22 (UTC +04:00)

Bu gün Gədəbəy rayonunun Gödəkdərə kəndində ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mingəçevir şəhərində isə sexin dam örtüyünün taxta atmaları 50 m2 sahədə, vərdənə aparatının yanar hissələri, rəflərə yığılmış rezin məmulatları və qəliblər yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR