Gürcüstanın parlament çoxluğunun lideri Azərbaycana səfər edəcək

Gürcüstanın parlament çoxluğunun lideri Azərbaycana səfər edəcək
# 12 mart 2018 12:56 (UTC +04:00)

Gürcüstanın parlament çoxluğunun lideri Arçil Talakvadze Azərbaycana səfər edəcək.

APA-nın yerli bürosunun Gürcüstan parlamentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, A.Talakvadze 13-14 mart tarixində ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək ilk beynəlxalq sessiyasında iştirak edəcək.

Tədbirdə ATƏT PA-nın üzvləri iqtisadiyyat, nəqliyyat və loqistika infrastrukturu sahələri üzrə əməkdaşlığın inkişafında parlamentlərin rolunu müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR