İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: “ABŞ Astana görüşünə dəvət olunmayıb”

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: “ABŞ Astana görüşünə dəvət olunmayıb”
# 18 yanvar 2017 13:10 (UTC +04:00)

“İran, Rusiya və Türkiyə tərəfi ABŞ-ı Astanda yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında iştiraka dəvət etməyib”.

APA-nın məlumatına görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyib. O bildirib ki, ABŞ-ın Astanada keçiriləcək görüşdə iştirakı gözlənilmir: “Ehtimal olunur ki, ev sahibi olan ölkə bu dövləti müşahidəçi kimi iclasa dəvət etsin, lakin əminliklə deyə bilərik ki, Amerika Astana danışıqlarında, danışıqların nəticələrinin əldə olunmasında heç bir rol oynamayacaq”.

Ə. Şəmxani qeyd edib ki, Astana görüşünə atəşkəs sazişini imzalamış və suriyalı-suriyalı formatı üzrə öhdəlik götürmüş silahlı qruplaşmaların nümayəndələri qatılacaq. BMT-nin nümayəndəsi də danışıqlara dəvət olunub.

Ə. Şəmxaninin sözlərinə görə, İran terrorizmlə mübarizədə Suriyanın qanuni hökumətini dəstəkləyən əsas ölkə kimi siyasi proseslərdə daha fəal iştirak edəcək.

Qeyd edək ki, İran, Türkiyə və Rusiyanın iştirakı ilə yanvarın 23-24-də Astanada Suriya ilə bağlı danışıqlar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR