Azərbaycanda erkən nikahların sayı azalır

Azərbaycanda erkən nikahların sayı azalır
# 21 fevral 2017 10:43 (UTC +04:00)

“Son illər Azərbaycanda erkən nikahların sayı azalır”. APA-nın xəbərinə görə, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib ki, bu gün ölkədə gənc qızlar təhsillərini davam etdirməyi, karyera qurmağı üstün tuturlar.

Erkən nikahların sağlamlığa ziyanları barədə danışan S.Məmmədova vurğulayıb ki, belə hallarda analar tez-tez hamiləliyin başa çatmaması problemi ilə rastlaşırlar: “Erkən yaşlarda qaraciyər, böyrəklər, qan-damar sistemi hamiləlik üçün hazır olmadığı üçün hamiləliyin qorunub saxlanması, sona çatmasında müəyyən problemlər müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ilk hamiləlik 18-25 yaş arasında olmalıdır. Bu yaşlarda hamilələr problemlərlə az rastlaşırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR