Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 216 monitorinq həyata keçirilib.
APA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 8092, monitorinq edilmiş işəgötürənlərin sayı 377 olub.
Monitorinq zamanı qeyri-formal məşğulluq səviyyəsi 17,2% təşkil edib. Monitorinqlərin keçirilməsindən sonra 185 252 əmək müqaviləsi imzalanıb.