Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşınlarının toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.