ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır

ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
# 08 fevral 2017 06:15 (UTC +04:00)

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 1,15% azalaraq 51,57 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,74% azalaraq 54,64 dollar olub.

Treyderlər neftin ucuzlaşmasına İranın neft hasilatını çoxaltması, eləcədə ABŞ-da neft və neft məhsullarının ehtiyatlarının artması barədə məlumatlar səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR