Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşüb

Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşüb
# 07 noyabr 2016 14:15 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 7-də İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, həmçinin, bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən İsrailin uyğun qurumları ilə uğurlu əməkdaşlıqdan ətraflı bəhs edib.

Öz növbəsində, səfir Dan Stav İsrailin uyğun qurumlarının Azərbaycan FHN-lə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb, bu istiqamətdə ölkəmizdə diplomatik fəaliyyəti müddətində səylərini əsirgəmədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR