ABŞ müdafiə naziri: “Əfqanıstana əlavə əsgər göndərilməyəcək”

ABŞ müdafiə naziri: “Əfqanıstana əlavə əsgər göndərilməyəcək”
# 03 fevral 2018 02:22 (UTC +04:00)

Pentaqon Əfqanıstana əlavə olaraq 1000 əsgər göndərməyi planlaşdırmır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Biz Əfqanıstanla bağlı strategiyanı və təxmini rəqəmləri açıqlamışıq. Əgər siz əlavə olaraq 1000 və yaxud 5 000 hərbçini nəzərdə tutursunuzsa, mənim bu kimi planım yoxdur”, deyə jurnalistlərin suallarını cavablandıran nazir bildirib.

Bundan əvvəl “Washington Post” qəzeti yaxın aylarda Əfqanıstana əlavə olaraq 1000 ABŞ hərbçisinin göndəriləcəyi barədə xəbər yayıb.

Qeyd edək ki, Əfqanıstanda vəziyyət getdikcə gərginləşir. Pentaqonun hesablamalarına əsasən, hazırda ölkənin 15% ərazisinə “Taliban” hərəkatının silahlıları nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR