Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub

Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub
# 27 fevral 2019 11:30 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Şıxıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məlum hadisə ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində baş verib. Belə ki, A.Şixiyevin idarə etdiyi “Kia” markalı avtomobil Vəliyev Kənan Salman oğlunun idarə etdiyi “Mercedes”lə toqquşub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR