Mariya Zaxarova: "Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyinə təhdididir"

Mariya Zaxarova: "Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyinə təhdididir"
# 03 fevral 2017 10:23 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyi, stabilliyi və gələcək inkişafına təhdididir".

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın yeni dövlət katibi Teks Tillersonun bu vəzifəyə seçilməsi üçün keçirilən dinləmələr zamanı Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın da milli təhlükəsizlik maraqlarına təhdid olması ilə bağlı çıxışına münasibət bildirərkən deyib. O, ABŞ-ın mövqeyini şərh etmədiyini və bu ölkənin təhlükəsizliyinə olan təhdidləri özünün müəyyənləşdirdiyini bildirib.

Mariya Zaxarova bloqger Aleksandr Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil veriləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Rusiya vətəndaşının 3-cü ölkəyə verilməsi qəbuledilməzdir. Biz bu məsələ ilə bağlı Belarus XİN və müvafiq orqanlarla əlaqə saxlayırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR