Banklar kreditləşməni 21% azaldıb

Banklar kreditləşməni 21% azaldıb
# 10 mart 2017 13:12 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları cari ilin fevral ayının 1-ə iqtisadiyyata kredit qoyuluşunu 16 mlrd. 43,6 mln. manata çatdırıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, beləliklə, yanvarda iqtisadiyyata kredit qoyuluşu 1,54% və ya 243,4 mln. manat artıb.


Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsi 21% və ya 4 mlrd. 261,9 mln. manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR